Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənab Prezident İlham Əliyevin Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmaları əsaslı, tutarlı və cavaba cavab xarakterindədir

0

  •         Azərbaycan
    Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
    Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına
    təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

          Forumda
    Azərbaycanın Prezidenti İlham Əliyev cənabları çıxış etmişdir. Cənab
    prezidentimizin çıxışının çoxsahəli olmasına baxmayaraq, çalışacağam ki, onun
    Cənubi Qafqazda əmin-amanlıqla bağlı söylədiyi fikirlərə öz münasibətimi
    bildirim. O, bildirmişdir ki, Qarabağ münaqişəsinin həlli, regionda
    təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Cənab Prezidentimiz qeyd
    edir ki, ötən il mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il
    əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları
    təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş
    ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər,
    vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra
    hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər.

            Onu da
    qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş
    ərazilərimizdə dağıntılar və onun miqyası ilə bağlı aparılan tanıtım, təbliğat,
    nümayiş, sənədləşdirmə və başqa tədbirlər çox təqdirəlayqdir o baxımdan ki,
    gələcəkdə erməni vandalizminin miqyasının ölçülməsi və deyilməsi ilə bağlı
    bizim səsimiz tək çıxmayacaq- öz gözləri ilə bu vəhşiliyi görən və lentə alan
    olacaq.

            Cənab
    Prezident İlham Əliyevin Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmaları əsaslı,
    tutarlı və cavaba cavab xarakterindədir. Cənab Prezident qeyd edir ki, Cənubi
    Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir.
    Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində
    parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır.
    İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.

           
    Fikrimcə Cənab Prezidentin əgər Ermənistan Azərbaycana ərazi iddiasından
    əl çəkməzsə, bizim də ona qarşı həqiqi ərazi iddiası üçün tarixi köklərə malik
    əsasımız var deməsi ermənilərə tutarlı cavab olamaqla yanaşı, Rusiyaya da siqnal
    olmalıdır. Cənab prezidentimiz fikirlərində açıq qeyd edir ki, Qərbi Zəngəzuru
    Azərbaycandan  azərbaycanlıların iradəsi
    olmadan qoparıb Ermənistana verən sovet rusudur. Demək Rusiyanın Ukrayna ərazi
    iddiaları fonunda Azərbaycanın Qərbi Zəngəzuru mübahisələndirməsi Cənab Prezidentimizin
    gələcəyə yonümlü strateji addımıdır. Cənab Prezident deyir: “Ermənistanla
    münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində
    çalışmağa başlamağı təklif etdik”.

             Əgər
    ermənilər Azərbaycan ordusunun onları bir daha əzmələrindən dərs çıxarmasalar
    “Dəmir yumruğ”u bir daha başlarında hiss edəcəklər... Yoxxx mən zənn etmirəm
    ki, onlar buna bir daha risk edələr. Azərbaycanımızın artmaqda olan istər insan
    potensialı, istərsədə Dövlətimizin iqtisadi gücü qarşısında onların heç zaman
    şansları olmayacaq.

            Beləliklə,
    Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional
    sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim
    edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla
    birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün
    səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir,
    Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti
    müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və
    işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız
    var. Bunu Prezident İlham Əliyev çıxışında qeyd edib.

            Cənab
    Prezidentimizin rəhbəriliyi ilə Qarabağımızı azad etdik, Dövlətimiz bütöv əraziləri
    üzərində öz suverenliyini əldə etdi. Bizim növnəti hədəfimiz İlham Əliyev
    Cənablarının öndərliyi ilə böyük millətimizin birliyinə nail olmaqdır...

           Biz
    xoşbəxdik ki, bu günlərin tarixi şahidləriyik.

     

     İlduzə Əliyeva,Xocalı rayon Qaragav kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib42 dəfə
    Cənab Prezident İlham Əliyevin Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmaları əsaslı tutarlı cavaba cavab xarakterindədir

    Maraqlı gələ bilər
    49